Kənd Təsərrüfatı Nazirliyi fəaliyyət prinsipini dəyişəcək

25.05.2018
İqtisadiyyat
0
0
"Kənd Təsərrüfatı Nazirliyinin struktur və bölmələri öz fəaliyyət prinsipini dəyişəcək".
"Kommersant.Az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, artıq kəndli və fermerlər kənd təsərrüfatı idarələrinə deyil, həmin idarələr kəndli və fermerlərə birbaşa müraciət edəcək.
"Bizim fəaliyyət prinsipimiz düzgün idarəçiliyə yönəlib. Burada şəffaflıq, hesabatlılıq, neqativ hallara qarşı sərt mübarizə fəaliyyətimizin əsasını təşkil edəcək. Qarşımızda dayanan vacib məsələlərdən biri sahibkarlarla sıx əlaqədə çalışmaq, kənd təsərrüfatı sahəsində innovasiyaların, yeni texnologiyaları tətbiq etməkdən ibarətdir", - deyə İ.Kərimov əlavə edib.
Digər xəbərlər

17.10.2025
İqtisadiyyat
Aİ-dən pensiya sistemlərində islahat apara bilməyən ölkələrə xəbərdarlıq
0
0

17.10.2025
İqtisadiyyat
ABŞ prezidenti Donald Tramp 15 milyard dollarlıq təzminat iddiası qaldırıb
0
0