USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankların qiymətli kağızlar portfeli üzrə son ildə artım müşahidə edilib - AMB

14.04.2026 Bank
0 0
Ötən il Azərbaycanda bankların qiymətli kağızlar portfeli üzrə son ildə artım müşahidə edilib.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

“2024-cü ilin sonu ilə müqayisədə qiymətli kağızlar portfelinin həcmində 2.5% (239 mln. manat) artım qeydə alınıb. Bununla yanaşı ümumi aktivlərdə daha sürətli artım tempi müşahidə olunduğu üçün qiymətli kağızlar portfelinin ümumi aktivlərdə payı ötən ilin sonu ilə müqayisədə 17.7%-dən 16.8%-ə dəyişib”, - məlumatda qeyd edilib.

Ümumilikdə, 2025-ci il ərzində bank sektorunun cəmi aktivləri 7.7% (4.1 milyard manat) artaraq 57.1 milyard manat təşkil edib. Cəmi öhdəlikləri isə 7.2% (3.3 milyard manat) artaraq 49.7 milyard manata bərabər olub. Nəticədə, bank sektorunun dərinlik göstəricisi olan aktivlərin ÜDM-ə nisbəti ötən ilin sonu ilə müqayisədə 2.3 faiz bəndi artaraq 44.2%-ə çatıb.