USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkə Azərbaycandan pomidor idxalını dayandırdı

21.01.2021 İqtisadiyyat
0 0
Qazaxıstan qəhvəyi qırış virusu (Tomato brown rugose fruit virus – ToBRFV) ilə əlaqədar Azərbaycandan pomidor idxalını qadağan edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi sözügedən virusun aşkarlanması ilə əlaqədar Azərbaycanda yetişdirilən pomidorların idxalına qadağa qoyulması barədə Rusiyanın sözügedən qurumunu məlumatlandırıb.

Pomidor idxalına yanvarın 16-da qadağa qoyulub.

Rusiya İdarəsinin qazaxıstanlı həmkarlarından aldığı məktuba əsasən, Azərbaycan tərəvəzləri 2 və 12 yanvar tarixlərində Qazaxıstana Azərbaycanın müvafiq idarəsi tərəfindən verilmiş fitosanitar sertifikatların müşayiəti ilə daxil olub.

Qeyd edək ki, Azərbaycanda bu sertifikatı AQTA verir.

Məsələ ilə bağlı AQTA-ya sorğu göndərilib.

  • Əvvəlki

    Bayden and içərək prezident kimi fəaliyyətə başladı

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0