USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neftinin qiyməti 132 dolları ötüb

01.04.2026 İqtisadiyyat
0 0
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,3 ABŞ dolları və ya 3,36 faiz artaraq bir barel üçün 132,35 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 4,5 dollar və ya 3,72 faiz bahalaşaraq 125,55 dollar olub.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,46 dollar və ya 3,64 faiz artaraq bir barel üçün 98,56 dollara atıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 3,75 dollar və ya 3,04 faiz artaraq bir barel üçün 127,24 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.