“İsmayıllı Quşçuluq” ötən il də tənəzzüldə olub
06.07.2018
İqtisadiyyat
0
0
2016-cı illə müqayisədə 2017-ci ildə “İsmayıllı Quşçuluq” ASC-nin satış və xidmətdən gəlirləri azalıb.
"Kommersant" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə 263 min manat olmuş satışlar 2017-ci ildə 103 min manata düşüb.
Eyni zamanda əməliyyat xərcləri də azalıb. 2016-cı ildə 262 min manat təşkil etmiş əməliyyat xərcləri 2017-ci ildə 102 min manata düşüb. Ötən il əməliyyat xərclərinin 62 min manatı qarışıq yem və davamzlıq cücə alışı ilə əlaqədar olub.
ASC 2017-ci ili 662 manat xalis mənfəətlə başa vurub.
31 Dekabr 2017-ci il tarixində "İsmayıllı Quşçuluq" 1 milyon 893 min manat cəmi aktivlərə malik olub. 2016-cı ilin sonunda cəmi aktivlər 1 milyon 941 min manat təşkil etmişdi.
Digər xəbərlər
19.03.2026
İqtisadiyyat
Fed-in "gözlə və gör" mesajı: Müharibənin kölgəsində faiz dərəcəsi yolu qeyri-müəyyəndir
0
0
19.03.2026
İqtisadiyyat
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 650 milyon manatı ötüb
0
0



.png)


.jpg)



.jpg)

























































