İldə 40 min ton pambıq emal olunacaq - AÇIQLAMA

09.07.2018 Aqrar
Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi media-tur zamanı Ucar rayon pambıq emalı zavodundan bilidirblər.

Zavod ilə tanışlıq zamanı zavodun rəhbəri Həsən Şahverdiyev və Ucar rayon kənd təsərrüfatı idarəsinin rəisi Əbil Mehdiyev media nümayəndələrinə ətraflı məlumat veriblər.

"Kommersant" xəbər verir ki, zavod rəhbərinin sözlərinə görə, gələcəkdə il boyunca 40 min ton pambıq emal olunacağı planlaşdırılır. Hazırda zavodda son tamamlama işləri aparılır. Bu ayın sonunda fəaliyyətə başlayacaq. Daha sonra burada pambıq yağ zavodu və pambıq kiv zavodu tikiləcək.

Ucar rayon kənd təsərrüfatı idarəsinin rəisi Əbil Mehdiyev jurnalistlərə bildirib ki, burada mahıc emalı anbarı, yağ emalı anbarı, toxum emalı zavodları bu ilin oktyabrında təhvil veriləcək. Pambıq emalı zavoddunda istifadə olunacaq avadanlıqlar yeni dünya standartlarına cavab verir. Avadanlıqlar Çindən alınıb. Quraşdırma prosesi çinli mütəxəssislər tərəfindən həyata keçirilib.