USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət bankı əmanət faizlərini artırır - AD GÜNÜ KAMPANİYASI

09.07.2018 Bank
1 0
2018-ci il iyul ayının 11-də dövlət bankı Azər Türk Bank-ın fəaliyyətinin 23 ili tamam olur. Bununla əlaqədar olaraq, bank “Bizimlə yüksəl” adlı yeni kampaniyaya start verir.

Bankın mətbuat xidmətindən "Kommersant"a verilən məlumata görə, 9-31 iyul tarixləri arası 23 gün davam edəcək kampaniya çərçivəsində bankın mövcud və potensial müştəriləri xüsusi güzəştlərlə pərakəndə bank məhsulları əldə edə biləcəklər.

Belə ki, kampaniya müddəti ərzində milli valyutada cəlb edilən bütün növ əmanətlərin faizləri 1,1% artırılır. Kampaniya zamanı müraciət edən müştərinin ad günü iyul ayına təsadüf edərsə, həmin şəxsin milli valyutada qoyduğu bütün növ əmanətlər üzrə faiz dərəcələri 1,5% artırılacaqdır.

Bundan əlavə, rəsmiləşdirilmə zamanı ad günü iyul ayında olan müştərilərdən komissiya (1%) tutulmayacaq.

Plastik kartın alınması üçün müraciət edən iyul doğumlu müştərilərə isə bank tərəfindən "MC Gold" kartı hədiyyə edilir.

23-cü ildönümünü qeyd edən Azər Türk Bank plastik kart əldə etmək istəyənlər üçün misilsiz endirimlər təklif edir. Kampaniya müddətində "MC Gold" və "MC Platinum" kartlarını sifariş edən şəxslər qiymətin yalnız 23%-ni ödəyəcəklər. Qeyd edək ki, plastik kartları banka gəlməklə, yaxud http://azerturkbank.az/online/card/ saytından onlayn sifariş vermək mümkündür.

Kampaniya haqqında daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.