Rusiya bankı Azərbaycadakı nümayəndəliyini - LƏĞV EDİR

12.12.2018 Bank
“Rusiya Kənd Təsərrüfatı Bankı” SC-nin (“Rosselxozbank”) Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edir.

"Kommersant.az" xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd olunub.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, korpus 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Rusiya Kənd Təsərrüfatı Bankı”nın Azərbaycandakı nümayəndəliyi 2010-cu ilin martın 16-da dövlət qeydiyyatına alınıb. Nümayəndəliyin qanuni təmsilçisi Bəxtiyar Ağayevdir.