Ticarətdə milli valyutalara keçid üçün vaxt lazımdır - MÜSAHİBƏ

19.12.2018 Bank
Bank VTB (Azərbaycan) dövlətlərarası ticarətdə milli valyutalara keçidi ilə bağlı daha səmərəli iqtisadi təkliflər üzərində işləyir.

"Kommersant.az" xəbər verir ki, VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Kirin Yevgeni Anatolyeviç ilə müsahibədə rubla olan tələbat və rəqəmsallaşmaya dair suallar cavablandırılıb.

- Rusiya ilə Azərbaycan arasında hesablaşmaların milli valyutalar üzərindən aparılması barədə çağırışlara münasibətiniz necədir? Bir bankir kimi necə hesab edirsiniz, bu mümkündürmü?

-Düşünürəm ki, ölkələrimiz arasında ticarət dövriyyəsi üzrə hesablaşmalarda milli valyutalar daha yüksək paya malik olmalıdır. İlk növbədə, iqtisadi səbəbləri nəzərə alsaq bu, daha sərfəlidir – bu, şirkətlərə hesablaşma və mübadilə əməliyyatlarılə bağlı xərcləri azaltmağa imkan verəcək. Ölkələrimiz arasındakı hazırki dövriyyə uzun illər ərzində işgüzar ənənələr əsasında formalaşıb. Hesab edirəm ki, milli valyutalara keçid ilə bağlı prosesləri sürətləndirmək üçün biz iqtisadi stimullar yaratmalıyıq. Məhz bu milli valyutalara keçidi tezləşdirəcək.Bunun üçün müəyyən bir vaxt lazımdır.Biz burada bank olaraq rolumuzu əlverişli maliyyələşmə şəraitini təmin etməkdə görürük. Azərbaycan ilə Rusiya arasında beynəlxalq hesablaşmalarda milli valyutaların payının artrılmasını öz qarşımıza məqsəd qoymuşuq və düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik

Azərbaycanda rubla tələbat böyükdürmü?

-Azərbaycanda rubla tələbat əlbəttə var, ona görə ki, Rusiya Azərbaycanın ticarət tərafdaşları arasında ilk üçlüyə daxildir. Eyni zamanda, milli valyutalarla ödənişlərə keçid trendini nəzərə alsaq, rubla tələbat daha da artacaq. Ölkələrimiz arasında mal dövriyyəsi 2017-ci ildə 30%, 2018-ci il üçün proqnoza görə35-37 % artacaq. Bundan başqa, ölkələrimiz arasında əvvəlki kimi iqtisadi əlaqələrlə yanaşı, humanitar bağlar da böyükdür. Biz bunu adi məişət nümunələrində, elə təyyarə reyslərinin məlumat intensivliyində də görə bilərik. Gün ərzində Moskvadan Bakıya 10 reys həyata keçirilir, pul köçürmələri çox aktivdir. Bizim məqsədimiz budur ki, elə bir iqtisadi stimul yaradaq ki, əməliyyatları rubl ilə etmək daha sərfəli olsun. Belə əməliyatlar üzrə ən sərfəli tarifləri təklif edirik. Bizim məhsullar sırasında əhali üçün rublda olan əmanətlər mövcuddur, məqsədli şəkildə rusiya valyutası üçün sərfəli kurs formallaşdırmaq üzərində çalışırıq. Ona görə də deyə bilərəm ki, rubla tələbatın ödənilməsi üzrə Azərbaycanda market-meyker olaraq qalırıq.

- Bank sektorunda hamı rəqəmsallaşmanın tərəfdarıdır və bu tendensiya Rusiyada daha nəzərəçarpan formadadır. Azərbaycandakı fəaliyyətinizdə bununla bağlı yeniliklər gözlənilirmi?

- VTB olaraq, yeni xidmət formaları əsasında distant xidmət kanallarının genişləndirilməsinə çalışırıq. Buna görə biz daim movcud texnologiyaları modernizə edib və yenilərini tətbiq edirik. 2019-cu il üçün internet və mobil servis xidmətlərini təkmilləşdirmək niyyətindəyik.

Bank biznesi formasına görə dəyişir, ancaq ənənəvi məğzi qalır. İndi müxtəlif distant formalar əlçatan olub, məsələn turların bron edilməsi və bu kimi digər əməliyyatlarda banklar iştirak edir, ancaq müştəri bəlkə də bunun fərqinə varmır. VTB Qrup dünya təcrübəsində istifadə olunan yüksək texnologiyalı layihələrin reallaşmasında böyük təcrübəyə malikdir və təbii ki, biz də bunları Azərbaycan bazarına gətirməyə çalışıırıq.Bu bizim rəqabətqabiliyyətimizi artırmaqla yanaşı,eləcə də Azərbaycan bazarını istehlakçı üçün daha proqressiv, müasir və səmərəli edir.

Bundan başqa, bu dövlət proqramının da reallaşmasına kömək edir. Bura maliyyə şəffaflığının təmin edilməsi, vergilərin yığılmasının sadələşdirilməsi kimi məqsədlər daxidlir.Buna görə, dövlət nağd dövriyyədən nağdsız dövriyyəyə keçid üçün iqtisadi stimul yaradır, və bu məsələdə banklar əsas tərəflərdən biridir.