USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın dünyaca məşhur bankdakı payı azalıb

19.12.2018 Bank
0 0
Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AIIB) iştirak payı 0,0005 faiz bəndi azalaraq 0,2642%-ə düşüb.

"Kommersant.az" xəbər verir ki, bu, Əl-Cəzayir, Qana, Liviya, Mərakeş, Serbiya və Toqonun AIIB-ə üzvlüyünün ratifikasiyası ilə əlaqədardır.

Məlumata görə, rəsmi Bakının AIIB-də səsvermə hüququ da 120 səs və yaxud 2,28% azalıb. Hazırda Azərbaycanın səsvermə hüququ 5 135 səs və yaxud 0,4545% həddindədir ki, bu da 0,0115 faiz bəndi azalma deməkdir.

Azərbaycanın Bankda nominal ifadədə iştirak payı dəyişməyib və hazırda da 254,1 mln. ABŞ dolları səviyyəsindədir.

Qeyd edək ki, Əlcəzair, Qana, Liviya, Mərakeş, Serbiya və Toqo üzvlüyü bu gün ratifikasiya edilib.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Report