Baş nazir qərar verdi Rüfət Aslanlının adı çıxarıldı

28.12.2018 Bank
Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” 2016-cı il 30 dekabr tarixli qərara dəyişiklik edib.

"Kommersant.az" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında" 2016-cı il 30 dekabr tarixli qərarın 4-cü hissəsində (iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarına baxılma və həmin smetaların təsdiq edilməsi üzrə aşağıdakı tərkibdə Komissiyanın üzvləri - red.) "Rüfət Aslanlı" sözləri "İbrahim Alışov" sözləri ilə və "Direktorlar Şurasının sədri" (Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri -red.) sözləri "İdarə Heyətinin sədri vəzifəsini icra edən" sözləri ilə əvəzlənib.