USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşdü

23.01.2019 Bank
0 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “VTB-Bank”ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.

Görüşdə “VTB-Bank” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.

Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.