USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Manatın nominal və real effektiv məzənnəsi azalıb

02.04.2026 İqtisadiyyat
0 0
Bu ilin martın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 101,8 faiz bəndi təşkil edib.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bu, aylıq ifadədə 0,6 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,9 faiz bəndi azdır.

Eyni zamanda, cari ilin martın 1-nə manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi isə 172,9 faiz bəndi təşkil edib ki, bu da aylıq müqayisədə 1 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,9 faiz bəndi azdır.

Bundan başqa, 2026-cı ilin martın 1-nə manatın ümumi real effektiv məzənnəsi 115,8 faiz bəndi təşkil edib. Bu, aylıq müqayisədə 1 faiz bəndi, illik müqayisədə isə 8,8 faiz bəndi azdır.

Həmçinin hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 111,2 faiz bəndinə bərabər olub ki, bu da aylıq ifadədə 1,1 faiz bəndi, illik ifadədə isə 7,8 faiz bəndi azdır.