USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müştərilər "Bank Avrasiya"dan pullarını geri çəkir - BANKIN VƏZİYYƏTİ

25.01.2019 Bank
0 0
"Bank Avrasiya" 2018-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bankın cəmi aktivləri 2017 -ci ilin 4-cü rübü ilə müqayisədə 16 mln. 414 min amant artaraq 167 mln. 637 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 11 mln. 111 min manat artaraq 103 mln. 422 min manat olub.

"Bank Avrasiya" 1 il ərzində cəmi kapitalını 5 mln. 302 min manat artıraraq 64 mln. 214 min manata çatdırıb.

KREDİT PORTFELi ARTIB, MÜŞTƏRİLƏRİN DEPOZİTLƏRİ AZALIB

Bankın kredit portfeli 13 mln. 681 min manat artaraq 99 mln 5 min manata çatıb. Bankda müştərilər pullarını geri çəkməyə başlayıb. Belə ki, 2017 -ci ilin 4-cü rübündə 29 mln. 647 min manat müştəri depozitinə sahib olan bank 2018 -ci ildə bu rəqəmi 1 mln. 457 min manat azaldaraq 29 mln. 190 min manata salıb.

FAİZ GƏLİRLƏRİ AZALIB

Bankın xalis faiz mənfəəti 2017-ci ilin analoji dpvrü ilə müqayisədə 484 min manat azalaraq 9 mln. 365 min manat olub. Qeyri-faiz gəlirləri isə 1 mln. 889 min manat və ya 2 dəfəyə yaxın azalaraq 1 mln. 424 min manat təşkil edib. Bankın qeyri-faiz xərcləri 371 min manat artaraq 5 mln. 4 min manat olub.

MƏCMU KAPİTALI ARTIB

2017-ci ilin dekabr ayının sonunda 58 mln. 468 min manat məcmu kapitala sahib olan bank, il ərzində məcmu kapitalını 9% və ya 5 mln. 282 min manat artıraraq 63 mln. 750 min manata çatdırıb. Məcmu kapitalın adekvatlıq əmsalı normadan 47,87% çox olaraq 57,87% təşkil edib.

Bankın 2018-ci il 31 dekabra olan xalis mənfəəti 5 mln. 182 min manata bərabər olub. Bu isə 2017 -ci ilin müvafiq dövrü ilə müqayisədə 1 mln. 168 min manat azdır.