7 bankın mənfəəti artıb

01.02.2019 Bank
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-sinin ötənilki mənfəəti əvvəlki ilə nisbətən çox olub.

Bunlar "Premium Bank", "Unibank", "Xalq Bank", "Naxçıvan Bank", "PAŞA Bank", "Kapital Bank" və "Bank BTB"dir.

Adı çəkilən banklar arasında ən yüksək dinamika "Premium Bank"da (10 dəfə), ən aşağı dinamika isə "Bank BTB"də (2,5%) qeydə alınıb.

10 bankın - "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı", "NBC Bank", "Zıraat Bank Azərbaycan", "Günay Bank", İran Milli Bankının Bakı filialı, "Atabank" və "Azər-Türk Bank"ın isə mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "Azər-Türk Bank"da (85,2%), ən az azalma isə "Azərbaycan Sənaye Bankı"nda (9,4%) baş verib.

2 bankın - "Nikoyl Bank" və "Amrah Bank"ın zərəri illik müqayisədə çox olub. Müvafiq olaraq 49,9 dəfə və 46%.

1 bankın - "Access Bank"ın isə zərəri illik müqayisədə 72,4% az olub.

8 bank - "AFB Bank", "AGBank", "Bank of Baku", "Bank Respublika", "Muğan Bank", Pakistan Milli Bankının Bakı filialı, "Rabitəbank" və "Turan Bank" ötən ilin mənfəətlə, əvvəlki ili isə zərərlə, 2 bank - "Bank VTB Azərbaycan" və "Express Bank" isə ötən ili zərərlə, əvvəlki ili isə mənfəətlə başa vurduğu üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Renkinq