17 may 2018-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC – nin AZ2028008681 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
"Kommersant.Az" xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1 002,3333AZN olmuşdur.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00 manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 19 dekabr 2040-ci ildir.