Bu ilin birinci rübündə ölkəyə avtomobil idxalı 2,7 dəfə artıb. Vaxtilə avto kreditlərdən böyük qazanc əldə edən banklar da bu göstəriciləri nəzərə alaraq, yenidən aktivləşməyə başlayıblar.
"Kommersant.Az" monitorinq qrupu avtomobil kreditini bərpa edən bankların sayını və şərtlərini araşdırdı.
Qeyd edək ki, devalvasiyadan sonra problemli kreditlər portfelində avtomobil kreditlərin çəkisi xüsusi yer tuturdu. Buna görə də 2015-ci ildən sonra banklar avto kreditləri ya tamamilə dayandırdı, ya da şərtləri ağırlaşdırdı. 2018-ci ilin ilk aylarından başlayaraq istehlak kreditlərini yenidən bazara təqdim edən bankların bir neçəsi həm də avto kreditləri bərpa etdi.
Hazırda 13 bank avtomobil krediti verir. Banklarda demək olar ki, kredit şərtləri eynidir.
Avtomobil krediti verən banklarımızın siyahısı aşağıdakılardır.
Sıra
Bankın adı
Faiz dərəcəsi
Məbləğ, AZN
İlkin ödəniş
Müddət
1
AccessBank
25 – 28
50.000
Min -40% ,
Max -50%
24ay
2
Amrahbank
25
3000-100.000
Min -40% ,
Max -50%
3ay-36ay
3
AtaBank
20-25
Limit yoxdu
Min -40% ,
Max -50%
12ay-48ay
4
Azər-Türk Bank
Fərdi baxılır
Fərdi baxılır
Fərdi baxılır
Fərdi baxılır
5
Bank BTB
25-27
80.000
Min -40% ,
Max -50%
36ay
6
Naxçıvan Bank
17-20
Limit yoxdu
Min -50% ,
Max -60%
Fərdi baxılır
7
Nikoil Bank
25-27
Limit yoxdu
Min -40% ,
Max -50%
36ay
8
RabitəBank
18-22
Limit yoxdu
Min -40% ,
Max -50%
3ay-36ay
9
YapıKredi Bank
18-19
Limit yoxdu
Min -40% ,
Max – 80%
12ay-36ay
10
Turan Bank
19-21
35.000-dək
Min -40% ,
Max -50%
12-36ay
Banklardan bir neçəsi yalnız tərəfdaş olduqları avtomobil şirkətlərinin xətti ilə kredit verirlər. Bu banklar aşağıdakılardır:
Bank of Baku
Yalnız “Auto Azərbaycan” MMC, onun dilerləri və digər tərəfdaşlar tərəfindən satılan yeni Hyundai markalı avtomobilləri kreditləşdimək mümkündür
NBC Bank
“Avtolux Azərbaycan” MMC ilə əməkdaşlıq şərtlərinə əsasən avtomobil krediti əldə edə bilərsiniz.
Xalq Bank
“Avtolux Azərbaycan MMC” ilə əməkdaşlıq şərtlərinə əsasən avtomobil krediti əldə edə bilərsiniz
Siyahıdan göründüyü kimi, ölkənin 30 bankından 13-nu avtomobil krediti verir. Avtomobil kreditini dayandıran bankların siyahısında AFB Bank, AGBank, Beynəlxalq Bank, Azərbaycan Sənayə Bankı, Bank Avrasiya, Bank Respublika , VTB Bank, Express Bank, Kapital Bank, Muğan Bank, Paşa Bank, Unibank, Ziraat Bank, Silk-Vey Bank, Melli İran Bankı, Pakistan Bankı kimi banklar var.