“Kapital Bank”ın səhmdarlarına dividend ödəniləcək

22.02.2019 Bank
Bu ilin aprelin 12-də “Kapital Bank” ASC-nin səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.

“Kommersant.az” banka istinadən xəbər verir ki, ümumi yığıncaq “Kapital Bank”ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (M.Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) baş tutacaq.

Ümumi yığıncaqda “Kapital Bank” ASC-nin 2018-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması, ötən ilin maliyyə fəaliyyətinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi və digər məsələlər müzakirə ediləcək.