USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank Palataya 682 milyon manat kredit verəcək

28.02.2019 Bank
0 0
Azərbaycan Respublikasının Mərkəzi Bankı Maliyyə Bazarlarına Nəzarət Palatasına kredit verəcək.

"Kommersant.az" xəbər verir ki, Prezidentin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman ilə Mərkəzi Banka tövsiyə edilib:

"5.1.Fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin.

bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin;".

Qeyd edək ki, Mərkəzi Bank müstəqil olduğundan, Prezident Mərkəzi Banka tapşırıq yox, tövsiyə verə bilər.