Son dövrlər banklarda kredit verilməsində azalmalar müşahidə olunur. Onsuz da devalivasiyalardan sonra banklarda kredit portfeli azalmağa başlamışdı.
“Kommersant.Az” Azərbaycan Mərkəzi Bankının(AMB) kredit qoyuluşları üzrə açıqladığı icmala əsasən xəbər verir ki, 2018-ci ilin ilk üç ayı üzrə cəmi kredit qoyuluşları 34480,7 mln.manat olub. Lakin 2017-ci ilin ilk üç ayı ilə müqayisədə 28% azalma qeydə alınıb.
AMB-nin sahələr üzrə kredit qoyuluşları icmalını ötən ilin eyni dövrü ilə müqayisə etsək, Ticarət və xidmət sektoruna kredit qoyuluşlarında 13% azalma olub. Vaxtı keçmiş kreditlərin həcmində isə 7% artım qeydə alınıb. 2018-ci ilin ilk üç ayında banklar ən çox ev təsərrüfatı üzrə kreditlər verib.
Bankların sahələr üzrə kredit qoyuluşları siyahısını təqdim edirik:
Sahələr üzrə kredit qoyuluşları
Məbləğ (mln.manat)
Ticarət və xidmət sektoru
6037,9
Energetika, kimya və təbii ehtiyatlar sektoru
928,8
Kənd təsərrüfatı və emalı
1342,5
İnşaat və əmlak
1589,7
Sənayə və istehsal sektoru
1933,9
Nəqliyyat və Rabitə
3096,6
Ev təsərrüfatlarına
13733,2
Daşınmaz əmlakın tikintisi və alınması (ipoteka kreditləri daxil olmaqla)