Bank BTB bütün Ödəniş kartları üzrə tarifləri endirdi

06.03.2019 Bank
Bank “BTB” ASC bütün növ Ödəniş kartları üzrə qiymətlərini 40%-dək endirib. VİSA və ya MasterCard ödəniş kartlarının növündən aslı olmayaraq müştərilərə daha sərfəli qiymətlərlə təqdim ediləcək.

"Kommersant.az" xəbər verir ki, 12, 24 və ya 36 ay müddətinə və AZN/USD/EUR valyutalarında təklif olunan Classic, Gold və ya Platinum kartlarının qiyməti növündən və müddətindən asılı olaraq 15-50 AZN arasında dəyişir. Ödəniş kartları üzrə tariflərlə Bank BTB-nin saytında bu link (https://www.btb.az/az/cards) vasitəsilə ətraflı tanış ola bilərsiniz.

Bundan əlavə qeyd etmək lazımdır ki, əmək haqqı statuslu kartların da qiymətləri endirilib.

Əlavə olaraq, Bank BTB-nin ödəniş kartları universal ödəniş vasitəsi kimi günün 24 saatı, həftənin 7 günü həm ölkə daxilində həm də dünyanın istənilən nöqtəsində POS-terminal vasitəsilə və ya onlayn ödəniş etmək imkanı verir.

Ödəniş kartlarının üstünlükləri bununla yekunlaşmır. Bank BTB-nin ödəniş kartlarının təqdim etdiyi "Card-to-Card", "Cash by code", "SMS Notification", "PIN Change", "3D Secure", “İnternet Banking” və “Mobil Banking” xidmətləri kart sahiblərinin işini asanlaşdırır.

Yenilənmiş şərtlərlə ödəniş kartı əldə etmək istəyən müştərilər Bank BTB-nin istənilən filial və şöbəsinə müraciət edə bilərlər.

Bank “BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

  • Əvvəlki

    Kredit portfeli artan və azalan banklar - SİYAHI

Digər xəbərlər