USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rabitəbank-a yeni direktor təyin olunub

22.05.2018 Bank
0 0
Emin Kərimov “Rabitəbank” ASC-nin Müştəri Xidmətləri Departamentinə yeni direktor təyin edilib

“Rabitəbank” ASC-nin Müştəri Xidmətləri Departamentinə yeni direktor təyin edilib.

"Kommersant.Az" saytının əldə etdiyi məlumata görə, bu, Emin Kərimovdur.

Məlumata görə, E. Kərimov bu aydan etibarən Rabitəbank-da qeyd edilən vəzifədə çalışacaq.

Məlumat üçün bildirək ki, bu günə qədər Rabitə bankda bu vəzifəni müvəqqəti icraedici kimi Ülviyyə Rəsul-zadə icra edirdi.

Xatırladaq ki, bundan əvvəl, E. Kərimov, Expressbank-da departament direktor müavini kimi çalışıb.