USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu banklar Mərkəzi Banka borcunu tam qaytarıb - SİYAHI

13.03.2019 Bank
0 0
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.

"Kommersant.az" xəbər verir ki, bu banklardan 4-ü - "Access Bank", "Bank VTB Azərbaycan", "Muğan Bank" və "PAŞA Bank" son 1 ildə tənzimləyici quruma borcunu tam qaytarıb. Yəni, öhdəliklərdə 100% azalma var.

Bununla yanaşı, 5 bank da AMB-yə borcunu qismən azaldıb. Bunlar "Günay Bank", "AGBank", "Xalq Bank", "Bank BTB" və "Nikoyl Bank"dır. Ən çox azalma "Nikoyl Bank"da (32,5% az), ən az azalma isə "Günay Bank"da (1,6%) qeydə alınıb.

2 bankın - "Atabank" və "Bank of Baku"nun AMB-yə borcu olduğu kimi qalıb, yəni dinamika 0%-dir.

1 bankın - "Premium Bank"ın tənzimləyici quruma borcu 28,6% artıb.

9 bankın - "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"ın son 1 ildə AMB qarşısında öhdəliyi olmayıb, 1 bankın - "Kapital Bank"ın isə tənzimləyici qurum qarşısında öhdəliyi ötən ilin IV rübündə yaranıb. Odur ki, bu bankların AMB-yə borcunun dinamikasını hesablamaq mümkün olmayıb.

8 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" isə AMB-yə borclarının illik dinamikasını açıqlamayıb.

9 bankın Mərkəzi Banka ümumi borcu 178 milyon manata yaxındır

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 9-u tənzimləyici quruma ümumilikdə 177,582 milyon manat borcludur.

Həmin banklar "AGBank", "Nikoyl Bank", "Xalq Bank", "Premium Bank", "Atabank", "Bank of Baku, "Bank BTB", "Günay Bank" və "Kapital Bank"dır.

Bu banklardan AMB-yə ən çox borclu olan "AGBank" (39 milyon manat), ən az borclu olan isə "Kapital Bank"dır (0,5 milyon manat).

Tənzimləyici quruma borclu olmadığını bəyan edən 13 bank isə "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank VTB Azərbaycan", İran Milli Bankının Bakı filialı, "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"dır.

8 bank - "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank Respublika", "Express Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank" AMB qarşısında öhdəliklərini açıqlamayıb.