USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nizamnamə kapitalı artan banklar - SİYAHI

15.03.2019 Bank
0 0
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin nizamnamə kapitalı illik müqayisədə artıb.

"Kommersant.az" xəbər verir ki, bunlar "Bank VTB Azərbaycan", "Nikoyl Bank", "Bank Respublika", "Kapital Bank", "Rabitəbank", "Muğan Bank" və "AGBank"dır. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (6,2 dəfə), ən aşağı dinamika isə "AGBank"da (1,6%) qeydə alınıb. Qalan 23 bankın isə nizamnamə kapitalı dəyişməyib.

6 bankın nizamnamə kapitalı 200 milyon manatdan çoxdur. Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın nizamnamə kapitalı 200 milyon manatdan çoxdur. Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "Nikoyl Bank" (348 milyon manat), "PAŞA Bank" (333 milyon manat), "Bank VTB Azərbaycan" (315,815 milyon manat), "Kapital Bank" (225,85 milyon manat) və "Xalq Bank"dır (225,079 milyon manat). Qalan 24 bankdan 7-də nizamnamə kapitalı 100-200 milyon manat arasında, 12 bankda 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 2 bankda - "Amrah Bank"da və Pakistan Milli Bankının Bakı filialında isə 50 milyon manatdan da azdır.