USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycanın borc dayanlıqlılığı qənaətbəxşdir"

22.05.2018 Bank
0 0
"2017-ci ilin sonuna dövlət borcunun ümumi məbləği 17 milyard manat, 2017-ci il üzrə ÜDM-ə nisbəti 24,3 faiz, adambaşına düşən borc isə manat ifadəsi ilə 1718,3 manat təşkil edib."

"Kommersant.Az"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, ümumi dövlət borcu məbləğinin 93,9%-i xarici dövlət borcuna, 6,1%-i daxili dövlət borcuna aid olub.

"Fiskal dayanıqlılığın təmin edilməsində əsas şərt olan borc dayanlıqlılığını xarakterizə edən göstəricilərin təhlili göstərir ki, ümumilikdə bu istiqamətdə ölkəmizin mövqeyi qənaətbəxşdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda qeyd etdiyi kimi, dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Belə ki, hesabat ilində daxili borcun ÜDM-ə faiz nisbəti 1,5 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin ixraca nisbəti 6,4 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin dövlət büdcəsinin gəlirlərinə nisbəti 9,2 faiz təşkil etməklə qəbul olunmuş sərhədlərdən də aşağı olub", - deyə məlumatda vurğulanıb.