23.05.2018
Bank
0
0
Dünya kriptovalyuta bazarında bir neçə gündür başlayan kütləvi ucuzlaşma bu saatlarda da davam edir
"Kommersant.Az" xəbər verir ki, mayın 23-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 94-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 401 dollar və ya 4,7 ucuzlaşaraq 7956 dollar olub.
Son bir həftə ərzində isə bitkoin 294 dollar və ya 3,5% ucuzlaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 52 dollar və ya 7,5% ucuzlaşaraq 643 dollar olub.
Son bir həftə ərzində isə Ethereum 45 dollar və ya 6,5% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma ZenCash-da(38,06%), ən çox ucuzlaşma isə Verge-də(13,14%) müşahidə olunub.