USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Paşa Bank"ın kredit portfeli artıb

04.04.2019 Bank
0 0
Ötən il kredit portfelimiz 300 mln. artıb. Bu il isə bu rəqəmi daha 400 mln. artırmağı düşünürük.

"Kommersant.az" xəbər verir ki, bunu Fitchin Bakıda keçirilən konfransında çıxış edən "Paşa Bank" ASC-nin nümayəndəsi Bəhruz Nağıyev deyib.

O, qeyd edib ki, bununla da bankın kredit portfeli 1,8 mlrd.a çatacaq. "Ekspress bank" ASC-nin Baş İcraçı direktorunun müavini Orxan Vahabov isə istehlak kreditlərinin həcminin azaldığını bildirib: "Gələn həftə Milli Məclisdə istehsalk kreditləri ilə bağlı müzakirələrin olması gözlənilir. Düşünürəm ki, bu müzakirələr istehlak kreditlərinin həcminin azalmasına səbəb olacaq".