USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Moody’s" Bakıda növbəti illik konfransını keçirir

24.05.2018 Bank
0 0
Bu gün "Moody’s" beynəlxalq reytinq agentliyi Bakıda növbəti illik konfransını keçirir.

"Kommersant.Az" xəbər verir ki, tədbirdə Azərbaycandan olan maliyyə institutlarının nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən "Moody's"in vitse-prezidentinin köməkçisi Kristian Vanq (Christian Vang) son illər Azərbaycan da daxil olmaqla MDB ölkələrində baş verən iqtisadi proseslərdən, dünya bazarında neftin ucuzlaşmasının iqtisadiyyata təsirindən danışıb. Onun fikrincə, regionda iqtisadiyyatın şaxələndirilməsi davam etdirilməli və bank sektorunun likvidliyi artırılmalıdır.