"Ata Bank" mənfəət açıqladı - HESABAT

26.04.2019 Bank
"Ata Bank" 2019-cu ilin 1-ci rübünə olan hesabatını açıqlayıb.

"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, bank cari ilin 1-ci rübünə xalis məfəət açıqlayıb.

Bankın cəmi aktivləri 579 mln. 223 min manat, cəmi öhdəlikləri 435 mln.893 min manat, cəmi kapitalı isə 143 mln. 330 min manat olub.

Bankın depozit portfeli 302 mln. 326 min manat, müştərilərə verilən kreditlər isə 421 mln. 495 min manat təşkil edib.

Bankın məcmu kapitalı durmadan artır. Belə ki, bankın məcmu kapitalı 2019-cu ilin 1-ci rübündə 138 mln.126 min manat təşkil edib. Məcmu kapitalın adekvatlıq əmsalı 13.9%, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 14.8% olub.

Qeyd edək ki, bankın mənfəəti 126 min manatı ötüb.