USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"VTB Bank" Azərbaycanın 2019-cu ildə yüksək mənfəəti - HESABAT

02.05.2019 Bank
0 1
"VTB Bank Azərbaycan" 2019-cu ilin 1-ci rübündə yüksək nəticələr açıqlayıb.

"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin 1-ci rübündə "VTB Bank"ın mənfəəti 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 249 milyon manat artaraq 1 mln. 493 min manata çatıb.

Bankın cəmi aktivləri 2019-cu ilin 1-ci rübündə 151 mln. 521 min manata olub ki, bunun da 61 mln. 143 min manatı müştərilərə verilən kreditlərin payına düşür.

Xatırladaq ki, hazırda "VTB Bank"ın illik 9%-lə kredit kampaniyası var.

Bankın cəmi öhdəlikləri 94 mln. 850 min manat olub. Bunun da 68 mln. 115 min manatı bankın depozitlərin payına düşüb. Bankın müştərilərin qarşısında inam qazanaraq il ərzində depozit portfelini kəskin artırıb. Belə ki, "VTB Bank"ın depozit portfeli 2018-ci ilin analoji dövrü ilə müqayisədə 20 mln. 395 min manat artaraq 68 mln. 115 min manat olub.

Bankın cəmi kapitalı isə 56 mln. 670 min manat təşkil edib. Bunun 927 min manatı ümumi ehtiyatlar cəminə ayrılıb. Dövriyyədə olan adi səhmlər isə 315 mln. 815 min manat olub.

"VTB Bank"ın xalis faiz mənfəəti 295 min manat, qeyri-faiz gəliri 1 mln. 345 min manat, qeyri-faiz xərcləri isə 3 mln. 863 min manat olub.

Bankın məcmu kapitalı 55 mln. 57 min manat olub ki, bu da banklara qarşı olan öhdəlikdən çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 35,39% olub ki, bu da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təyin olunmuş normadan 25,39% çoxdur. Bundan başqa isə bankda 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 34,81% olub ki, bu da AMB tərəfindən təyin olunmuş normadan 29,81% çoxdur.