USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatları artıb

03.05.2019 Bank
0 0
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il mayın 1-nə 5 789 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, aprelin 1-i ilə müqayisədə 10,4 milyon dollar və yaxud 0,2% çoxdur.

Qurumun valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 163,3 milyon dollar və yaxud 2,9%, son 1 ildə isə 323,2 milyon dollar və yaxud 5,9% artıb.