Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən "Kommersant.Az"a verilən xəbərə görə, mayın 14-də keçiriləcək hibrid depozit hərracında 350 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.