USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Problemli kreditlərin 71,8 %-i ödənilib

08.05.2019 Bank
0 0
Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının çərçivəsində ABŞ dolları ilə götürülmüş kreditlər üzrə 71,8% vətəndaşa kompensasiya ödənişi edilib.

"Kommersant.az" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov AZTV-nin “Günün nəbzi” verilişinə verdiyi müsahibəsi zamanı deyib.

O.İsmayılov qeyd edib ki, ümumilikdə 602347 nəfərə kompensasiya ödənilməlidir: "Bunlardan 432 677 nəfərə ödənişin həyata keçirildiyi son 15 gün ərzində pul ödənilib".

Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi xatırladıb ki, artıq fərmanın restruktizasiya ilə bağlı hissəsinin icrasına başlanılıb.

Onun sözlərinə görə, kreditlərin restruktizasiya edilməsi üçün Azərbaycan Banklar Assosiasiyası ilə birgə vahid kredit müqaviləsi forması hazırlanıb.

O.İsmayılovun fikrincə, vahid müqavilə forması restruktizasiya prosesinin sürətləndirməyə imkan verəcək.

Trend