25.05.2018
Bank
0
0
Dünya kriptovalyuta bazarında bir neçə gündür başlayan kütləvi ucuzlaşma bu saatlarda da davam edir
"Kommersant.Az" xəbər verir ki, mayın 25-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 54-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 64 dollar və ya 0,8% ucuzlaşaraq 7612 dollar olub.
Son bir həftə ərzində isə bitkoin 419 dollar və ya 5,2% ucuzlaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 9 dollar və ya 1,5% ucuzlaşaraq 609 dollar olub.
Son bir həftə ərzində isə Ethereum 65 dollar və ya 9,6% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma MyBit Token-da(17,43%), ən çox ucuzlaşma isə Skycoin-də(33,67%) müşahidə olunub.