USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank of Baku” -nun səhmdarları toplanacaq

11.05.2019 Bank
0 0
İyunun 25-i saat 15:00-da “Bank of Baku” ASC-nin səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcək.

“Kommersant.az” bildirir verir ki, bu barədə bank rəsmi mətbuatda elan verib.

Lakin iclasın gündəliyi ilə bağlı məlumat verilməyib. Yalnız gündəliyin artıq səhmdarlara göndərildiyi bildirilib.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,64%-li səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

report