"Kommersant.Az" xəbər verir ki, hərrac ilə 350 000 000 manat cəlb edilməsi nəzərdə tutulur. Hərrac 29 may 2018-ci il tarixində keçiriləcək.
Müddət 13 gün, faiz dərəcəsi 8,01% – 10,99% aralığında müəyyən olunub.
21.05.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 836,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Mərkəzi bank 350 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb etmişdi.
14.05.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 957,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb etmişdi.