Ukrayna dövlət borcunu ödəmək üçün qızıl ehtiyatlarını satır

30.05.2019 Bank
Ukrayna dövlət borclarını ödəmək məqsədilə qızıl ehtiyatlarını satır.
"Kommersant.az" xəbər verir ki, bunu Ukrayna Milli Bankının sədri Yakov Smoliy deyib. Bank rəsmisinin sözlərinə görə, 2019-cu ilin may ayı üçün ölkənin qızıl ehtiyatları 1,2 milyard dollar dəyərində azalıb. Qızıl ehtiyatlarında isə bu göstərici 20,5 milyard dollardan 19,3 milyard dollara qədər düşüb. Y.Smoliy qeyd edib ki, 2019-cu ilin sonuna qədər Ukrayna 5 milyard dollar dəyərində xarici və daxili borclarını ödəməlidir. Trend