USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanda inflyasiya son həddə çatdı - 4,7% təşkil edib

03.06.2019 Bank
0 0
Bu ilin may ayında Gürcüstanda inflyasiya 4,7% təşkil edib ki, bu da cari ilin son beş ayında ən yüksək göstəricidir.
"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında məlumat verilib. Hesabatda qeyd olunub ki, bu ölkədə ən çox qiymət artımı əsasən tütün məmulatları və alkoqollu içkilərdə müşahidə edilib – 21,1%. Qida məhsullarının qiymətində isə illik artımın 7,9% təşkil etdiyi bildirilib. Hesabatda qeyd olunub ki, Gürcüstanda turizm və rekreasiya zonalarının qiymətində 4,6% artım olub. Əyləncə və mədəni xidmətlərdə isə qiymət artımı 6,4% faiz qeydə alınıb. Tibbi məhsullar və avadanlıqların qiymətində 4,5%, tibbi xidmətlərdə 2,9%, xəstəxana qiymətlərində 1,9% artım qeydə alınıb. Banker.az