USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"NBCBank" səhmdarlarının yığıncağını keçirəcək

11.06.2019 Bank
0 0
31.07.2019-cu il tarixdə, saat 11:00-da "NBCBank" ASC-nin Mərkəzi ofisində səhmdarlarının 2018-ci maliyyə ilinin yekunlarına həsr olunmuş növbəti ümumi yığıncağı keçiriləcəkdir.

"Kommersant.az" "NBCBank" Açıq Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələ daxil edilmişdir:

- İdarə Heyətinin hesabatı;

- Müşahidə Şurasının hesabatı;

- Kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş "NBCBank" ASC-nin 2018-ci ilin yekunları üzrə maliyyə hesabatının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi;

- Digər məsələlər.

Xəbər verdiyimiz kimi, “NBC Bank” ASC 2018-ci ili 1 milyon 150 min manat xalis mənfəət ilə başa vurub.