Növbəti depozit hərracı və vaxt keçiriləcək? - Mərkəzi Bank açıqladı

14.06.2019 Bank
18 iyun 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
"Kommersant.az" xəbər verir ki, hərrac vasitəsilə 100 milyon manatın cəlb edilməsi nəzərdə tutulur. Müddət 13 gün, faiz dərəcəsi 6,51% - 8,49% aralığında müəyyən olunub. Xəbər verdiyimiz kimi, 10.06.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 817,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi.Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi. 03.06.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 744,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi. 27.05.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 838,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi. 20.05.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 763,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi
VTB