29.05.2018
Bank
0
0
Dünya kriptovalyuta bazarında bir neçə gündür başlayan kütləvi ucuzlaşma bu saatlarda da davam edir
"Kommersant.Az" xəbər verir ki, mayın 29-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 84-ü ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 71 dollar və ya 0,9% ucuzlaşaraq 7163 dollar olub.
Son bir həftə ərzində isə bitkoin 1172 dollar və ya 14% ucuzlaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 14 dollar və ya 2,61% ucuzlaşaraq 522 dollar olub.
Son bir həftə ərzində isə Ethereum 173 dollar və ya 24,8% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Dropil-da(38,94%), ən çox ucuzlaşma isə Veritaseum-də(11,47%) müşahidə olunub.