Azərbaycan Mərkəzi Bankı (AMB) bu ay vəsaitlərin cəlb edilməsi üzrə keçirdiyi 4 depozit hərracında 1,4 mlrd. manat vəsait cəlb edib.
"Kommersant.Az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bütün hərraclarda təklif eyni - 350 mln. manat olsa da, hər dəfə tələb bundan 2-3 dəfə çox olub. Belə ki, banklar mayın 7-də AMB-yə 917,9 mln. manat, mayın 14-də 957,5 mln. manat, mayın 21-də 836,3 mln. manat, bu gün isə 857,2 mln. manat təklif ediblər.
Hərraclar nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz