USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Günay Bank” depozit faizlərini endirdi - Manat və dollarda

08.07.2019 Bank
1 0
“Günay Bank” ASC da müddətli əmanətin illik faizini endirməli olub.

"Kommersant.az" monitorinq qrupu bildirir ki, kommersiya bankı fiziki şəxlər üçün manatda cəlb etdiyi müddətli depozitin faiz dərəcəsini 11%-dən 10%-ə, ABŞ dollarında isə 3%-dən 2,5%-ə endirməli olub.

Qeyd edək ki, müştəriləri “Günay Bank” ASC-də yerləşdirdiyi əmanətlərdən il ərzində 10,87 mln. manatını (ümumi portfelin) geri çəkiblər və 1 aprel 2019-cu il tarixinə portfelin həcmi 78,6 mln. manata düşüb.

Bu ötən ilin ilk rübündə 89,48 mln. manata qədər idi.