USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AccessBank"-ın depozit portfeli tarixi maksimuma yüksəlib - SƏDR

11.07.2019 Bank
0 0
Bu ilin iyunayının sonuna AccessBank-ın depozit portfeli 628 mln. manata çataraq tarixi maksimuma yüksəlib.

Bunu AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov "AHK Impuls" iştirakçıları qarşısında çıxış edərkən deyib. Tədbir Almaniya-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunub.

Sədrin sözlərinə görə, son zamanlar bankın depozit portfeli stabil və dinamik artım nümayiş etdirir: "Bu il depozit portfelimiz 120 mln. manat, ötən il isə 72 mln. manat artıb. 2019-cu il ərzində bankın depozit portfeli24% artım nümayiş etdirib".

Bank rəhbəri onu da bildirib ki, yeni depozitlərin az qala hamısı manatda yerləşdirilib, bu da müştərilərimizin milli valyutaya olan inamının göstəricisidir: "Ümumilikdə, portfelimizdə manatda yerləşdirilən depozitlərin payı 61% təşkil edir".

Anar Həsənovun sözlərinə görə, əmanətlərin dövlət tərəfindən sığortalanmasının müddətinin uzadılması ilə bağlı qərar müştərilər tərəfindən depozitlərə marağı artıracaq.