USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ata Bank"ın xalis mənfəəti artıb - HESABAT

17.07.2019 Bank
0 0
"Ata Bank" 2019-cu ilin ikinci rübünə olan hesabatını açıqlayıb. Hesabata görə "Ata Bank" 2018-cu ilin birinci yarısını mənfəətlə başa vurub.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Ata Bank"ın cəmi aktivləri cari ilin ikinci rübündə 571 mln. 239 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri 428 mln. 590 min manat olub. Bankın cəmi kapitalı ilin ikinci yarısında 142 mln. 648 min manat olub.

"Ata Bank"ın müştərilərə verdiyi kreditlər 414 mln. 859 min manat, müştərilərin müddətli depoziti isə 307 mln. 491 min manat olub.

Bankın xalis faiz gəliri 5 mln. 151 min manat, qeyri-faiz gəliri 2 mln. 980 min manat, qeyri-faiz xərcləri isə 10 mln. 382 min manat olub. Bundan başqa sözügedən bank ilin ikinci yarısında 148 min manat xalis mənfəət əldə edib ki, bu da ilin əvvəli ilə müqayisədə 82 min manat çoxdur.

"Ata Bank" məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 284 min manat artaraq 137 mln. 529 min manata çatıb.