USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Naxçıvan Bank"ın ilin birinci yarısına olan hesabatını açıqladı - HESABAT

17.07.2019 Bank
0 0
"Naxçıvan Bank" 2019-cu ilin ikinci rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bankın xalis mənfəəti artıb.

"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, "Naxçıvan Bank" 2019-cu ilin ilk yarısında 215 mln. 763 min manat cəmi aktivlərə sahib olub ki, bu da ilin 1-ci rübü ilə müqayisədə 23 mln. 811 min manat çoxdur. Bundan başqa bankın cəmi öhdəlikləri də cari ilin ilk rübü ilə müqayisədə 22 mln. 757 min manat artaraq 135 mln. 363 min manata bərabər olub. "Naxçıvan Bank"ın cəmi kapitalı ilin 1-ci rübü ilə müqayisədə 1 mln. 54 min manat artıb.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"Naxçıvan Bank"ın müştərilərə verdiyi kreditlər bu ilin 1-ci rübü ilə müqayisədə 7 mln. 823 min manat artaraq 75 mln. 550 min manata çatıb. Bundan başqa banka yerləşdirilən depozitlərin həcmi 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 19 mln. 950 min manat artaraq 89 mln. 317 min manata bərabər olub.

ƏMƏLİYYAT VƏ XALİS MƏNFƏƏTİ ARTIB

Bankın xalis faiz gəliri 3 mln. 36 min manat (ötən rüb ilə müqayisədə 1 mln. 663 min manat çox), qeyri-faiz gəliri 1 mln. 683 min manat (ötən rüb ilə müqayisədə 975 min manat çox), qeyri-faiz xərcləri isə 1 mln. 893 min manat (ötən rüb ilə müqayisədə 955 min manat çox) olub. Buna görə də "Naxçıvan Bank"ın əməliyyat mənfəəti 2 mln. 826 min manat olub ki, bu da ötən rüb ilə müqayisədə 1 mln. 684 min manat çoxdur.

"Naxçıvan Bank"ın xalis mənfəəti ötən rüb ilə müqayisədə 1 mln. 106 min manat artaraq 2 mln. 223 min manat olub. Bankın məcmu kapitalı 2019-cu ilin ikinci rübündə 74 mln. 571 min manat olub ki, bu da ötən rüblə müqayisədə 1 mln. 182 min manat çoxdur.