USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Melli İran"ın Bakı filialı zərərini açıqladı - HESABAT

17.07.2019 Bank
0 0
"Bank Melli İran"ın Bakı filialı 2019-cu ilin ikinci rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən Azərbaycanda fəaliyyət göstərən bank 17 mln. manata yaxın zərərdədir.

"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, "Bank Melli İran"ın cəmi aktivləri 2018 -ci ilin eyni dövrü ilə müqayisədə 11 mln. 150 min manat azalaraq 96 mln. 981 min manata düşüb. Bankın cəmi öhdəlikləri isə 5 mln. 444 min manat artaraq 43 mln. 350 min manata çatıb. "Bank Melli İran"ın cəmi kapitalı 2018 -ci ilin 2-ci rübü ilə müqayisədə 16 mln. 595 min manata düşüb.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"Bank Melli İran"ın müştərilərinə verdiyi kreditlərin həcmində 1 mln. manat artım müşahidə olunub. Belə ki, bankın müştərilərinə verdiyi kreditlər 2019-cu ilin 2-ci rübündə 4 mln. 311 min manata çatıb. Banka yerləşdirilən depozitlər isə 2018 -ci ilin analoji dövrü ilə müqayisədə 5 mln. 622 min manat artaraq 10 mln. 58 min manata çatıb.

BANKIN XALİS ZƏRƏRİ REKORD HƏDDƏ ÇATIB

"Bank Melli İran"ın xalis zərəri 2018-ci ilin birinci yarısı ilə müqayisədə 18 mln. 289 min manat artaraq 16 mln. 906 min manata çatıb ki, bu da ən yüksək hədd olaraq qiymətləndirilib.