USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank of Baku"nun xalis mənfəəti 25 dəfədən çox artdı - HESABAT

19.07.2019 Bank
0 0
“Bank of Baku” 2019-cu ilin 2-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən bankın mənfəəti 25.3 dəfədən çox artıb.

“Kommersant.az” bankın açıqladığı hesabata əsasən xəbər verir ki, “Bank of Baku”nun cəmi aktivləri 8mln. 222 min manat azalaraq 291 mln. 237 min manata bərabər olub. Bundan başqa bankın cəmi öhdəlikləri də 42 mln. 210 min manat azalaraq 219 mln. 502 min manata çatıb. “Bank of Baku”nun cəmi kapitalı kəskin artıb. Belə ki, bankın cəmi kapitalı 2018-ci ilin birinci yarısı ilə müqayisədə 33 mln. 989 min manat və ya 2 dəfə artaraq 71 mln. 735 min manata çatıb.

FAİZ GƏLİRLƏRİ KƏSKİN ARTIB

“Bank of Baku”nun xalis faiz gəlirləri 34 mln. 629 min manat olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 28 mln. 151 min manat və ya 5.3 dəfə çoxdur. Bundan başqa bankın qeyri-faiz gəlirləri də 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 1 mln. 732 min manat və ya 4 dəfə artaraq 2 mln. 291 min manata çatıb. Bankın qeyri-faiz xərcləri 29 mln. 361 min manat və ya 4.6 dəfə artaraq 37 mln. 487 min manata çatıb.

Bankın xalis mənfəəti hesabat rübü ərzində 40 mln. 39 min manat olub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 38 mln. 459 min manat və ya 25.3 dəfə çoxdur.

“Bank of Baku”nun MƏCMU KAPİTALI TƏLƏBƏ CAVAB VERİR

“Bank of Baku”nun məcmu kapitalı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2.3 dəfə və ya 32 mln. manat artıb. Bank, 2019-cu ilin ilk yarısında 56 mln. 480 min manat məcmu kapitala sahib olub.

Hesabat dövrü ərzində bankda birinci dərəcəli kapitalın adekvatlıq əmsalı normadan 8.47% çox, məcmu kapitalın adekvatlıq əmsalı 16.85% çox, lever əmsalı isə normadan 5.35% çox olub.

Əsas maliyyə göstəricilərinin artımasının səbəbi isə dövlət tərəfindən ayrılmış kompensasiyaların bankın problemli kreditlərinin xeyli hisssəsini həll etmiş olub. Bununla da “Bank of Baku”nun bu məqsədlə yaradılmış ehtiyatı azad olub.