USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Kontakt Home”nin sahibi cərimələndi: - Xariclə valyuta əməliyyatlarına görə

22.07.2019 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası elektron mallar satışı ilə ixtisaslaşan “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi “ABC Telecom” MMC-ni cərimələyib.

"Kommersant.az" Banker.az-a istinadən xəbər verir ki, məlumata görə, şirkətin cərimə olunmasına səbəb, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutlan inzibati xətanı törətməkdədir. Şirkət bu maddə ilə təqsirli bilnməsinə dair 1300 manat məbləğində cərimə edilib.

Yasamal Rayon Məhkəməsində verilən qərara Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.