30.05.2018
Bank
0
0
Dünya kriptovalyuta bazarında uzun zamandan sonra kütləvi bahalaşma qeydə alınıb
"Kommersant.Az" xəbər verir ki, mayın 30-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 97-si bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 345 dollar və ya 4,82% bahalaşaraq 7493 dollar olub.
Son bir həftə ərzində isə bitkoin 390 dollar və ya 4,94% ucuzlaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 40 dollar və ya 7,64% bahalaşaraq 563 dollar olub.
Son bir həftə ərzində isə Ethereum 58 dollar və ya 9,33% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Bytecoin-də(29,08%), ən çox ucuzlaşma isə MyBit Token-də(11,10%) müşahidə olunub.